Heyvan hücumlarını önləyən texnologiyanın iş prinsipi nədir? - VİDEO

Heyvan hücumlarını önləyən texnologiyanın iş prinsipi nədir? - VİDEO

  • 20 aprel 2025, 18:53

Son zamanlar xüsusilə park və yeni yaşayış komplekslərinin ərazisində sahibsiz itlərin insanlara hücum etməsi hallarına tez-tez rast gəlirik.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlara müraciət olunduqdan sonra itlər ərazidən uzaqlaşdırılsa da, bir müddətdən onlar yaşayış məntəqələrində yenidən peyda olurlar.

Bəs belə hallardan qorunmaq üçün hansı alternativ yollar var və bu problemin köklü həlli nə ola bilər?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, səs dalğaları vasitəsilə heyvanları uzaqlaşdırmaq mümkündür:

"Təbii ki, bu ultrasəs dalğaları 100-130 desibel arasında dəyişir. Bu cihazları uşaqlara, məktəblilərə vermək olar. Dağlıq, meşəlik əraziyə gedəndə insanların üzərində həmin alətin olması məsləhətlidir. Cihazın düyməsini sıxmaqla vəhşi heyvanın hücumundan qorunmaq olar".

Ətraflı süjetdə: