Hər il suvarma dövründə Samuxun bu kəndində evləri su basır

Hər il suvarma dövründə Samuxun bu kəndində evləri su basır

Samux

Samuxun Köbər kəndində hər dəfə suvarma dövründə evləri su basır.

"Yurd.media" xəbər verir ki torpaq paylarının aşağısında tikilmiş evlərin dağılma təhlükəsi var.

Sakinlər "ATV"yə bildiriblər ki, subasma nəticəsində həyətdəki əkinlər də yararsız vəziyyətə düşür. Onların sözlərinə görə, suların axması üçün kəndin icra nümayəndəliyi bir neçə dəfə kanal çəksə də vəziyyət dəyişməyib, problemin köklü həllinə ehtiyac var.

Samux rayon su Meliorasiya sistemlərinin istismarı idarəsinin baş mühəndisi Elşən Rüstəmov bildirdi ki, mövcud vəziyyət ərazidə qrunt sularının qalxması, suvarma işlərinin aparılması və intensiv yağış nəticəsində yaranıb. Problemin aradan qaldırılması üçün idarənin texnika və canlı qüvvəsi əraziyə cəlb olunur. Suyun axıb getməsi üçün kanal qazılır.