SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Gəncənin bəzi ərazilərində qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb - YENİLƏNİB

Gəncənin bəzi ərazilərində qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb - YENİLƏNİB

  • 03 iyun 2025, 22:28
Gəncə

Gəncənin bəzi ərazilərində qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb.

Yurd.Media xəbər verir ki, səhər saatlarından Gəncə şəhərinin bəzi ərazilərində qaz xətlərində aparılan işlər səbəbindən yaranmış fasilə aradan qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında şəhərin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranmışdı. Yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənib və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulub.

Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.


***10:17

Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yurd.Media xəbər verir ki,  yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.

Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.

Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Prime Leasing