Gəncədə ictimai nəqliyyat sistemi əsaslı şəkildə yenidən qurulur.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, yeni avtobus parkı yaradılır, marşrut xətləri optimallaşdırılır, yeni avtobusların gətirilməsinə hazırlıq görülür. Paralel olaraq bu avtobuslarda işləyəcək sürücülərin seçimləri aparılır.
Yeni avtobuslarda sürücü kimi işləmək arzusunda olanların seçiminin ilk mərhələsində namizədlər hərəkətə başlama, manevr etmə, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi və digər peşəkarlıq tələb edən praktiki tapşırıqları yerinə yetiriblər.
Yeni avobuslarda sürücü işləmək arzusu ilə seçimlərə qatılanların əksəriyyəti bu sahədə müvafiq iş təcrübəsinə malik olan şəxslərdir.
Yoxlamadan uğurla keçən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra nəzəri və praktik bilikləri əhatə edən təlim prosesinə cəlb ediləcəklər.
Ətraflı süjetdə: