Bakının Nərimanov rayonu ərazisindəki Qarabağ küçəsində gecələr aparılan tikinti işləri sakinlərin rahatlığını əlindən alıb.
“Yurd.Media” xəbər verir ki, “ATV News”a danışan sakinlərin gecələr yük maşınlarının yolları zəbt etdiyini, bütün gecəni səs-küy yaratdığını bildiriblər. Onlar tikintinin aparan MTK-ya dəfələrlə şikayət etsələr də nəticənin olmadığını qeyd ediblər.
Təhlükəsizlik sahəsi üzə ekspertlər də qeyd edir ki, tikinti zamanı insanların narahatlığı nəzərə alınmalıdır və gecə vaxtı aparılan işlər sakinlərlə yanaşı, işçilər üçün də potensial təhlükədir.
Tikintini həyata keçirən “East Residence” şirkətindən bildirilib ki, gündüz vaxtları o işləri görmək mümkün deyil.
"Görüntüdəndə göründüyü kimi yük maşınları yolun kənarında maneə törətmirlər”, - şirkətdən bildirilib.
Bu məsələ Daxili İşlər Nazirliyinin də nəzarətindədir və polislər həmin ərazidə araşdırma aparır.