SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Daxili İşlər Nazirliyi QHT-lərə 140 min manat ayırdı

Daxili İşlər Nazirliyi QHT-lərə 140 min manat ayırdı

  • 13 may 2025, 10:11

Ötən il insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış 10 qeyri-hökumət təşkilatlarına 140.500 manat vəsait ayrılıb.

Yurd.Media xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə vurğulanıb ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması məqsədilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat vəsait ayrılmış, həmçinin insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 59.786 manat xərclənib.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Prime Leasing