SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Çirkab sularla dolan Aşağı Güzdək gölü ətrafdakı yaşıllığı da məhv edir - VİDEO

Çirkab sularla dolan Aşağı Güzdək gölü ətrafdakı yaşıllığı da məhv edir - VİDEO

Aşağı Güzdək gölü çirkab tullantılarla dolur.

Aşağı Güzdəkdəki göl zavod və fabrik tullantılarının axıdıldığı yerə çevrilib. Sakinlər bildirib ki, həyətlərinə dolan çirkab su şəxsi təsərrüfata da ziyan vurur.

Yurd.Media "REAL XƏBƏR" ə istinadən xəbər verir ki, göldə üfunət və antisanitariya hökm sürür. Bu səbəbdən ətrafdakı ağaclar quruyur, heyvanlar ölür.

Dövlət Su Ehtiyatları Agentliyi problemin səbəbinin sakinlərin kanalizasiya sularını gölə axıtması olduğunu deyib. Bununla belə hazırda məsələnin həlli üçün planlar hazırlanır. Ekologiya Nazirliyi isə prosesi nəzarətə götürüb.

Prime Leasing