SÜJET
Cəlilabada rayonunda elektrik infrastrukturu təhlükə yaradır.
Cəlilabad rayonu Göytəpə şəhərində 1960-cı illərdə tikilən elektrik təsərrüfatı qəzalı vəziyyətdədir.
Yurd.Media xəbər verir ki, külək əsdikdə naqillər qırılır və küçə işıqsız qalır.
"İTV"yə danışan sakinlər bildiriblər ki, qısa qapanmalar zamanı evdəki məişət avadanlıqlarının sıradan çıxarmaması üçün elektrik tənzimləyici qurğulardan istifadə edirik.
"Azərişıq" ASC-dən bildirilib ki, sözügedən ərazidə elektrik təsərrüfatının yenilənməsi işlərinə yaxın vaxtlarda başlanılacaq. Eyni zamanda Göytəpə şəhərinin digər ərazilərində də elektrik xətləri və naqillər təmamilə yenilənəcək.