“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa edilmiş yaşayış kompleksinin və Zəngilan şəhərində yerləşən Konqres Mərkəzinin bina, mülki və texniki qurğu, istirahət guşələri, sosial-məişət obyektləri, uşaq oyun və idman meydançalarına aylıq və dövrü texniki baxım və təmizlik xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Yurd.Media Pravda.az-a istinadən xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 2 102 240 AZN olub.