SÜJET
Bu və qarşıdakı bir neçə gün ərzində Şəki rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Yurd.Media-ya verilən məlumata görə, Şəki rayonu F.Abdurahmanov küçəsi ünvanında parakəndə çəkilmiş qaz xətlərinin normal vəziyyətə gətirilməsi üçün daxili imkanlar hesabına çəkilmiş küçə qaz xəttinin mənbəyə qoşulması məqsədi ilə işlər yekunlaşanadək həmin 57 abonentinin qaz təchizatı dayandırılacaq
Baltalı kəndi ərazisində isə d-219 mm-lik qaz xəttinin üzərində olan d-200 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədi ilə kənddə və Yeni Çələbixan qəsəbəsində cəmi 961 əhali abonentinin və 4 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Eyni zamanda, rayonun Oxud və Kiş kəndlərini təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə 2422 əhali abonentinin və 5 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.İşlər 23.07.2025-ci il tarixində yekunlaşacaq.
Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin də kipliyə sınaq olunması məqsədi ilə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq. İşlər 24.07.2025-ci il tarixin başa çatdırılacaq.