SÜJET
Ucarın ən böyük kəndlərindən olan Bərguşadın bir hissəsinin su problemi illərdir həll olunmur.
Yurd.Media xəbər verir ki, sahələrin susuz qalması ilə yanaşı, heyvanlar da içməyə su tapmır.
"Xəzər TV"yə şikayət edən sakinlər bildiriblər ki, suyumuz gəlməsə də, su pulu istəyirlər. Əkin sahələrini sulaya bilmirik. İçməyə suyumuz yoxdur. Bağı əkmişik ağaclar quruyub gedir. Artıq 20 ildən çoxdur susuzluqdan əziyyət çəkirik. Heyvandarlıqla məşğul ola bilmirik.
Suyun olmamasına görə sakinlər aidiyyəti üzrə müraciət də ediblər. Lakin problem həll olunmur.
"Bulud" sudan istifadə edənlər birliyinin icraçı direktoru Mürşüd Baxışov qeyd edib ki, Bərguşad kənd suvarma arxının uzunluğu 35 kmdir. 7 mindən çox su istifadəçisi var. Kəndin aşağı hissəsində arxın 850 metr məsafəsində su çatışmazlığına səbəb istifadəçilərin növbəliliyi pozması, bəzi yerlərdə suyun təyinatsız yerə axıdılması bələdiyyə torpaqlarından qanunsuz istifadədir:
"Birlik tərəfindən kəndin suyu nəzarətə götürülüb və bu dövrdə suvarmanın gecə-gündüz növbəliliyi yaradılıb. Tez bir zamanda kəndin kəndin aşağı hissəsində də suvarma suyu bərpa ediləcək".