SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda müəllimin zorakılığı səs yazısı ilə ifşa olundu

Bakıda müəllimin zorakılığı səs yazısı ilə ifşa olundu

Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia edilib.

Yurd.Media "Oxu.Az"a istinadən xəbər verir ki, valideynin iddiasına görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.

Valideyn qeyd edir ki, şagirdlər qorxu içində olduqları üçün səs belə çıxara bilmirlər:

"Uşaqlar qorxudan səs edə bilmirlər. Əlimdə bunu sübut edən səs yazısı da mövcuddur".

Bakıda müəllimin zorakılığı səs yazısı ilə ifşa olundu
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları