Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

  • 21 aprel 2025, 16:23
Bakı

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

Yurd.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.

"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.