Bakıda bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yurd.Media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.