SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakcell müştəri hüquqlarını məhdudlaşdır - ŞİKAYƏT

"Bakcell" müştəri hüquqlarını məhdudlaşdır" - ŞİKAYƏT

  • 25 avqust 2025, 17:22

Azərbaycanın aparıcı mobil operatorlarından biri olan "Bakcell" şirkətinin tarif siyasəti ilə bağlı yeni bir müştəri şikayəti gündəmə gəlib.

Jurnalist Elvin Əhmədov sosial mediada paylaşdığı məlumatda şirkətin müştəri hüquqlarını məhdudlaşdırdığını bildirir.

Əhmədovun bildirdiyinə görə, o, "Bakcell"in 1 günlük GO tarifinə qoşulub, lakin daha sonra DaimOnline və ya digər Star tariflərinə keçmək istəyəndə sistemdən imtina cavabı alıb. Müştəri balansında kifayət qədər vəsait olmasına baxmayaraq, tarif dəyişikliyinə icazə verilməyib.

"Dəfələrlə müştəri xidmətinə müraciət etdim, amma hər dəfə sadəcə "dəyişmək mümkün deyil" cavabı aldım. Bu isə açıq-aşkar müştərinin seçim azadlığının məhdudlaşdırılmasıdır," - deyə Əhmədov qeyd edib.

Məsələ ilə bağlı narazılığını bildirən istifadəçi, artıq nömrəsini  "Azercell"ə köçürmək üçün müraciət etdiyini bildirib.

Prime Leasing