Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində işlər aparılır.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, əməyin mühafizəsi üzrə artıq 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanır. Onun sözlərinə görə, bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlıdır.
"Həmçinin dəyişikliklər bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutur”,- deyə nazir bildirib.