SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Azad edilmiş ərazilərdə qazlaşdırma işlərinin ləngiməsi səbəbləri

Azad edilmiş ərazilərdə qazlaşdırma işlərinin ləngiməsi səbəbləri

  • 30 may 2025, 14:50

İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin ləngiməsinin əsas səbəbi sakinlərin hansı evlərə köçəcəyinin hələ də dəqiqləşməməsidir.

Yurd.Media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında bildirib.

Onun sözlərinə görə, əgər əvvəlcədən vətəndaşların konkret hansı evlərdə məskunlaşacağı müəyyənləşdirilsəydi, yalnız həmin ünvanlara qaz çəkilər və proses daha sürətli və səmərəli şəkildə icra olunardı.

Hazırda isə biz məcburən bütöv kəndi qazlaşdırırıq. Bu isə daha çox resurs və zaman tələb edir”, – deyə N. Abdullayev vurğulayıb.