SÜJET
Astara rayonunda dörd yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Astara rayonu ərazisində yerləşən "Ərçivan" qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınaqdan keçirilməsi məqsədilə 11 iyul 2025-ci il tarixindən saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə dörd yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.