Su xidmətləri ilə bağlı müraciətlərin sayı açıqlandı

Su xidmətləri ilə bağlı müraciətlərin sayı açıqlandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "Asan xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.

Yurd.Media xəbər verir ki, statistikaya görə 14 xidmət istiqaməti üzrə 43971 müraciət daxil olub. Bunlardan 42 373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.

Qurumdan bildirilib ki, ADSEA tərəfindən göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində fəaliyyətlərin təkmilləşdirilməsi davam edir.