Bakixanov Residencedə yağış kabusu – hər yerdən evə su axır

"Bakixanov Residence"də yağış kabusu – hər yerdən evə su axır

Bakıda müşahidə olunan yağışlı hava bir sıra yeni tikili binalarda problemləri üzə çıxardı.

Yurd.Media xəbər verir ki, sosial şəbəkələrdə "Bakixanov Residence" yaşayış kompleksində evin su basması görüntüləri yayılıb.

Sakin qeyd edir ki, yağış suları evin divarlarından və pəncərələrindən içəri tökülür. O, mənzilin orta mərtəbələrdən birində yerləşdiyini bildirir.

Sakinlər pəncərə, divarlardan süzülən suyu yığmaq üçün qablar qoyublar.

Videoya yazılan şərhlərdə bir izləyicilər bu binadan daha əvvəl mənzil aldıqlarını, lakin bu cür problemlərlə qarşılaşdıqları üçün evlərini satmaq məcburiyyətində qaldıqlarını qeyd ediblər.