SÜJET
Elmi araşdırmalar yuxu pozğunluğu olan insanların yarıdan çoxunun musiqi dinlədikdə yuxuya getdiklərini üzə çıxarıb.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, Sent-Luis Universiteti Tibb Fakültəsinin professoru Dr. Şalini Paruti (Shalini Paruthi) bildirib ki, yuxuya getmək üçün audiokitablara, podkastlara, musiqiyə və ya televizora qulaq asmaq sinirin sakitləşməsinə kömək edir.
"Əgər bir şeyə qulaq asmaq insanı həqiqətən daha məşğul və ya oyaq saxlayırsa və buna görə də yuxu vaxtını əvəz edirsə, bu, sağlamlığa zərər verə bilər. Çünki yetkin insanların müntəzəm olaraq ən azı 7 saat yatması tövsiyə olunur".
Böyük Britaniyanın Berkşir əyalətində psixoloq və yuxu mütəxəssisi Dr. Lindsi Brauninq (Lindsay Browning) deyib ki, vacib olan məqam musiqi dinləmək üçün düzgün məzmunu seçməkdir, bu yuxuya getməyə imkan verir.
Yuxu üçün musiqi yatmağa kömək edə bilər, lakin bütün gecə həmin musiqinin davam etməsi arzuolunan deyil. Mümkün qədər yuxuya getdikdən sonra səsləri söndürmək üçün avtomatik taymer qurmaq vacib hesab edilir.