SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Yuxu çatışmazlığı xroniki xəstəliklərdən ölüm riskini artırır - ARAŞDIRMA

Yuxu çatışmazlığı xroniki xəstəliklərdən ölüm riskini artırır - ARAŞDIRMA

  • 18 iyul 2026, 23:49

London Universitet kollecinin tədqiqatçıları aşkar ediblər ki, gecə beş saatdan az yuxu çoxsaylı xəstəliklərin, xüsusilə xroniki xəstəliklərin yaranma ehtimalını artırır.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin tədqiqatında 50-70 yaş aralığında olan 8 min könüllü şəxs iştirak edib. Könüllülərin sağlamlıq göstəriciləri və gündəlik vərdişləri 25 illik müddət ərzində müşahidə olunub.

Mütəxəssislər tədqiqat prosesində aşkarlayıblar ki, gündəlik yuxu müddəti 5 saatdan az olan insanlarda gecə 7 saatdan çox yatanlarla müqayisədə ürək xəstəlikləri, xərçəng və şəkər xəstəliyinə yoluxma ehtimalı 20% daha yüksəkdir. 50 yaşdan yuxarı olan könüllülərdə eyni vaxtda iki və ya daha artıq xroniki xəstəliyə tutulma riski 30-40%, xroniki xəstəliklər nəticəsində ölüm riski isə 25% yüksəlib.

Tədqiqatçıların qənaətinə görə, onların apardığı araşdırma insan sağlamlığının qorunması üçün kifayət qədər yuxunun vacibliyini bir daha təsdiqləyir. Onlar eyni zamanda yaxşı yuxu mühitinin yaradılmasına diqqət yetirməyin əhəmiyyətli olduğunu qeyd ediblər. Belə ki, yatmazdan bir neçə saat öncə telefon istifadəsindən imtina etmək, axşam yeməyində ağır qidalardan uzaq durmaq, həmçinin yatmaq üçün rahat şərait hazırlamaq tövsiyə olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları