SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Yaxşı yatan uşağın beyni əla işləyir

Yaxşı yatan uşağın beyni əla işləyir

Tətil dövrlərində uşaqlarda yuxu rejiminin pozulması həm qısa, həm də uzunmüddətli əhəmiyyətli təsirlər yarada bilir. Halbuki, müntəzəm yuxu, uşaqların beyin inkişafı üçün kritik əhəmiyyətə malikdir.

 Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uşaq Nevrologiyası Mütəxəssisi Doç. Dr. Elif Acar Arslan, tətil dövrlərində qısamüddətli yuxu pozğunluqlarının adətən müvəqqəti olduğunu bildirərək, uzun müddət davam etməsi halında isə mümkün təhlükələrə diqqət çəkdi.  YADDAŞA TƏSİR EDİR  Yuxu pozğunluqlarının sağlamlıq problemlərinə səbəb ola biləcəyini söyləyən Arslan, "Yuxu; diqqət, koqnitiv performans, söz ehtiyatı, zehni çeviklik, uyğunlaşma bacarığı və yaddaş üzərində müəyyənedici rol oynayır. Tətildə qısamüddətli yuxu pozğunluqları adətən müvəqqətidir. Lakin dörd həftədən çox davam edən problemlər uşağın həyat keyfiyyətini və dərs müvəffəqiyyətini azalda bilər. Bu vəziyyət bəzən daha ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər. Bu səbəbdən dörd həftədən çox davam edərsə, bir mütəxəssisə müraciət edilməsi lazımdır",-dedi.  YUXUDA DA BEYİN AKTİVDİR  Yuxu zamanı da beynin aktiv olduğunu bildirən psixoloq vurğulayıb ki, EEG qeydlərində görünən yuxu iycikləri yaddaşın güclənməsi və məlumatların möhkəmlənməsi ilə əlaqəlidir. Yavaş dalğa yuxusundakı iyciklər vizual öyrənməni dəstəkləyərkən, yüngül yuxudakı iyciklər motor bacarıqların öyrənilməsində təsirlidir. Uzunmüddətli yuxu pozğunluqlarında bədənin müdafiə sistemində vəzifəli bəzi maddələrin balansı dəyişir, bu da uşağı xəstəliklərə qarşı daha müdafiəsiz hala gətirir. Müntəzəm yuxu ilə infeksiyalara qarşı daha güclü cavab verilir və təbii öldürücü hüceyrələr effektiv işləyir. YUXUSU BÖLÜNƏN UŞAQLAR DAHA QƏZƏBLİ OLUR Gecə yuxusu tez-tez bölünən uşaqların qəzəb tutmaları yaşaya biləcəklərinə diqqət çəkən Arslan, bunları söylədi: "Yuxu problemləri davranış və ruh sağlamlığına da təsir edir. Gec yatmağa başlayan uşaqlar ertəsi gün daha az söz dinləyir, gecə yuxusu tez-tez bölünənlər isə qəzəb tutmaları yaşayır. Həmçinin yeniyetmələrdə yetersiz yuxu; yorğun oyanma, gündüz həddindən artıq yuxulu olma və depressiya ilə əlaqəlidir". METABOLİZMAYA MƏNFİ TƏSİR EDİR  Psixoloq tətil dövrlərində uşaqların həyat tərzindəki dəyişikliklərin bioloji saat və metabolizma üzərində mənfi təsirlər yarada biləcəyini də bildirərək, gecə gec saatlarda yemək yemək, qan şəkəri, insulin müqaviməti və qarın bölgəsində yağlanmanı artıra biləcəyinə diqqət çəkdi.  Arslan, sağlam bir yuxu rejimi üçün nələr edilməsi lazım olduğunu belə sıraladı: "Ardıcıl bir yatma rutini yaratmaq yuxuya keçidi asanlaşdırır. Pijama geyinmək, dişləri fırçalamaq və ya kitab oxumaq, uşağın daha tez yatmasına kömək edir".  HİPERAKTİVLƏR DAHA ÇOX YUXUSUZ  Mütəxəssis ekran müddətinin artmasının yuxuya keçidi gecikdirdiyini və yuxu keyfiyyətini azaltdığını söyləyir. Xüsusilə diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu olan uşaqlar, digərlərinə nisbətən 6 dəfə daha çox yuxu problemi yaşayır. Axşam saatlarında ekran istifadəsinin azaldılması və mavi işığın məhdudlaşdırılması yuxu keyfiyyətini qorumaq üçün kritik əhəmiyyətə malikdir" dedi.   

Prime Leasing