Yaz mövsümü ilə əlaqədar müşahidə olunan virus infeksiyalarının sayı artıb.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, virus yüksək hərarət, quru öskürət və boğaz ağrısı ilə müşahidə olunur.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov yaz mövsümü ilə əlaqədar olaraq uşaqlar və böyüklər arasında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma saylarında artım müşahidə olunmasını təbii hal kimi qiymətləndirir.
Mütəxəssis qeyd edib ki, yaz aylarında uşaqlar arasında rotavirus infeksiyası da yayılır və əsasən, 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.
Yaz-yay aylarında yoluxucu xəstəliklərlə yanaşı, allergik xəstəliklərin də artması müşahidə edilir.
Ətraflı süjetdə: