SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ürək tutmasından əvvəl: Damar sağlamlığınızı qorumaq üçün mütəxəssis tövsiyələri

Ürək tutmasından əvvəl: Damar sağlamlığınızı qorumaq üçün mütəxəssis tövsiyələri

Damar tıxanması səssiz irəliləyən, lakin ciddi nəticələrə səbəb olan bir problemdir.

Yurd.Media xəbər verir ki, ürək və damar cərrahiyyəsi mütəxəssisi Dr. Volkan Yurtman, 40 yaşdan yuxarı şəxslərə müntəzəm check-up tövsiyə edir.

Damar sağlamlığının əhəmiyyətinə diqqət çəkən Dr. Yurtman obrazlı şəkildə izah etdi: "Ürəyiniz, ömrünüz boyu sizdən bir qəpik maaş istəmədən, tətil etmədən çalışan ən sadiq işçinizdir. Amma bu işçinin yolları, yəni damarlarınız, zamanla tıxanmağa başlayarsa, işdə o zaman problem böyük olur. Ən pisi də bu tıxanmaların adətən səssiz olmasıdır. Yəni fərq etdiyinizdə, çox vaxt iş işdən keçmiş ola bilər".

Statistikalara görə, dünyada hər il təxminən 17,9 milyon insan ürək-damar xəstəliklərindən həyatını itirir və bu, bütün ölümlərin təxminən 32%-ni təşkil edir. Azərbaycanda da ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinci yerdədir.

Dr. Yurtman damar əhəngləşməsi üçün yüksək risk daşıyan qrupları belə sıralayıb:

- "Siqaret düşkünləri çox vaxt tüstünü təkcə ağciyərə deyil, birbaşa damara verdiklərini bilməzlər."

- "Əməliyyat olunmuş ürəyi olmasına baxmayaraq yüksək xolesterolla gəzənlər."

- "Nəzarət altına alınmamış yüksək təzyiq və şəkər xəstələri."

- "Göbək ətrafını böyüdəcək qədər iştah sahibi olanlar."

- "'Ailəmdə ürək tutması var, amma mənə bir şey olmaz' deyənlər."

Erkən diaqnozun əhəmiyyətini vurğulayan Dr. Yurtman, aşağıdakı müayinələrin vacibliyini qeyd edib:

- Qan testləri ilə xolesterol, şəkər və triqliserid dəyərlərinə baxıla bilər

- Efor testi ilə ürəyin performansı ölçülə bilər

- Boyun və ayaq damarlarını nəzərdən keçirmək üçün ultrasəs (doppler) edilə bilər

- Damarların içini üç ölçülü görmək üçün BT anjiyo aparıla bilər

Dr. Yurtman damar sağlamlığını qorumaq üçün bu tövsiyələri verib:

1. "Siqareti buraxın, həqiqətən buraxın, 'az içirəm' deyə özünüzü aldatmayın."

2. "Aralıq dənizi tipli qidalanın; zeytun yağı, balıq və tərəvəzin ürək dostu üçlü olduğunu unutmayın."

3. "İdman edin, hərəkət edin, ən azı həftədə ən az 3 gün 45 dəqiqə sürətli gəzinti edə bilərsiniz."

4. "Çəkinizi nəzarətdə saxlayın."

5. "Xüsusilə 40 yaşdan yuxarısınızsa müntəzəm check-up etdirin."

Prime Leasing