Uzunmüddətli ailə və iş mühitində stres, arzulara nail olmamaq, əzilmək, fikirlərini ifadə edə bilməmək, daimi narahatlıq və qorxu içərisində yaşamaq nevrozun daha kəskin forması olan isterik formanın formalaşmasına səbəb olur. Bu hal əsasən qadınlarda 25-30 yaşdan sonra daha tez-tez müşahidə edilir.
Yurd.Media xəbər verir ki, isterik nevroz funksional sinir və nevroloji pozulma hesab olunur. Onun əsası uşaqlıq dövründən qoyulur və münasib şərait yarandıqda aktivləşir.
Bəzən bu xəstəliyi ərköyünlük və ya xarakter xüsusiyyəti ilə qarışdırırlar. Müalicəyə başlanılmadıqda isterik nevroz ağır depressiyaya, şizofreniyaya və hətta intihara gətirib çıxara bilər.
Əsas əlamətlərə diqqət yetirdikdə xəstəliyin vaxtında diaqnoz olunması mümkündür:
- isterik ürək getmələr, əsəbiləşdikdə və ya çığırdıqda bayılma
- qıcolma
- isterik amneziya (yaddaşın pozulması)
- mutizm — nitqin itməsi
- afoniya — səsin batması
- karlıq, korluq
- isterik ağrılar
- udmanın pozulması
- qusma
- hıçqırıq
Müalicə prosesi psixiatr, nevroloq və psixoterapevt mütəxəssislər tərəfindən həyata keçirilir.