SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Qaraciyərin yağlanması xəstəliyi sürətlə yayılır - SƏBƏBLƏR

Qaraciyərin yağlanması xəstəliyi sürətlə yayılır - SƏBƏBLƏR

Piylənmə, qeyri-sağlam qidalanma və oturaq həyat tərzinə görə qaraciyər yağlanması xəstəliyi sürətlə yayılır.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu qastroenterologiya mütəxəssisi professor Dr. Yılmaz Bilgiç bildirib.

O, qaraciyər yağlanması xəstəliyinin heç bir əlamət olmadan irəliləyə biləcəyini, müalicə edilmədikdə isə sirroz və qaraciyər çatışmazlığına səbəb ola biləcəyini deyib.

"Qaraciyər yağlanması günümüzün xəstəliyidir. Son illərdə piylənmənin artması, qeyri-sağlam qidalanma vərdişləri, oturaq həyat tərzi və geniş yayılmış spirtli içkilər bu problemin əsas səbəbləridir".

Qaraciyər yağlanması xəstəliyinin son 30-40 ildə nəzərəçarpacaq dərəcədə artdığını diqqətə çəkən Y. Bilgiç, bu problemin də piylənmə ilə paralel olaraq geniş yayıldığını vurğulayıb.

O, piylənmənin qaraciyərin yağlanmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biri olduğunu deyib.

Professor qaraciyər yağlanması xəstəliyinin üç əsas tipdə araşdırıldığını qeyd edib:

"Birincisi alkoqolsuz yağlı qaraciyər xəstəliyidir. Bu tip adətən obez və diabet xəstələrində görülsə də, genetik meylə görə arıq insanlarda da meydana gələ bilər. İkinci növ isə spirtli qaraciyər yağlanması xəstəliyidir və uzun müddət spirtli içki qəbulu nəticəsində ortaya çıxır. Üçüncüsü isə metabolik yağlı qaraciyər xəstəliyidir və bəzi metabolik xəstəliklərin bir hissəsidir".