Alimlər tərəfindən aparılan araşdırmaya əsasən, həyəcan, yuxusuzluq və reaksiyasızlıq körpədə autizmin ən erkən əlamətləri ola bilər.
Yurd.Media-nın "HealthDay"yə istinadən verdiyi məlumatına görə, valideynlər bu əlamətlərin vasitəsilə uşaqda həyatının ilk ilində potensial autizmi aşkarlaya bilərlər.
Missuri Universitetinin Pediatriya ixtisasının professoru Stiven Şeynkopf hazırda 9 aylıq körpələrin daha çox uyğunlaşmaqda və yatmaqda çətinliklər yaşadığı, inkişaf mərhələlərinə çatmaqda gecikmələrin daha çox olduğunu bildirib.
Tədqiqat məqsədilə 332 körpənin valideynləri arasında təcrübə aparılıb. Onlar 9 aylıq körpələrinin xasiyyəti və mühitə uyğunlaşma qabiliyyəti, o cümlədən tez-tez ağlama, əsəbilik, sakitləşməkdə çətinlik çəkmə kimi davranışlarını müəyyən edib-etməmələri ilə bağlı sualları cavablandırıblar.
Valideynlər tədqiqat zamanı körpələr 1 yaşına çatdıqda onların ünsiyyət bacarıqları, həssaslıq, məhdudlaşdırıcı və ya təkrarlanan davranışlarını qiymətləndirən autizm müayinəsi sorğusunu da tamamlayıblar.
Nəticələr valideynlərin körpələrinin erkən davranışları ilə bağlı müşahidələri potensial olaraq autizm əlamətlərini və inkişaf gecikmələrini əvvəlcədən düşünüldüyündən daha tez aşkarlanmasına yardımçı olacağını göstərib.
Tədqiqatçılar həmçinin bu erkən əlamətlərin rəsmi autizm diaqnozuna gətirib çıxaracağını söyləməyin bəzi hallarda tələsik qərar olduğunu da qeyd ediblər.
Lakin tədqiqat zamanı tətbiq olunan erkən müdaxilənin vacibliyi, onun sayəsində körpələrdə müəyyən sindromların aşkarlanmasının pediatrların iş effektivliyini artıran faktor kimi xüsusi vurğulanıb.
Tədqiqatçılar həmçinin körpə davranışının digər ölçülərini, o cümlədən körpənin ağlamasını izləməyin ən müasir üsullarını da izləyiblər.
Tədqiqat qrupu təcrübə zamanı iştirakçı valideynlərin rolunu xüsusi qiymətləndirib. Araşdırma qrupunun rəhbəri Şeynkopf valideynləri intuitiv və uşaqları üzrə ən yaxşı ekspert adlandırıb: “İndi biz onların uşaqları haqqında gördükləri şeyləri ölçmək üçün daha yaxşı yollar yaratmağa çalışırıq".