9 il Sumqayıtda, 32 il Bakıda işlədi, 2 ildir cənub bölgəsində çalışır.
Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
Ömrünün 41 ilini Bakı və Sumqayıtda işləyən məşhur həkim iki ildir fəaliyyətini cənub bölgəsində davam etdirir.
Yurd.Media xəbər verir ki, söhbət həkim-neonatoloq Afaq İsmayılovadan bəhs olunur.
Qeyd edək ki, İsmayılova Afaq Adil qızı 1958-ci ildə Bakı şəhərində anadan olub. O, 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb.
1982-ci ildə Bakı şəhər 5 nömrəli xəstəxanada internatura keçib, həmin ildən Sumqayıt Şəhər Xəstəxanasında sahə həkimi kimi fəaliyyətə başlayıb.
1991-ci ildən 2023-cü ilə kimi Respublika Perinatal Mərkəzində həkim-neonatoloq vəzifəsində çalışıb. Dəfələrlə kurslarda və seminarlarda iştirak edib.
Afaq İsmayılova 2023-2024-cü illərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında, 2025-ci ilin aprel ayından isə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim-neonatoloq kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.