SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Narkotiklər görmə qabiliyyətini necə məhv edir?

Narkotiklər görmə qabiliyyətini necə məhv edir?

Narkotik maddələrin insan orqanizminə vurduğu fəsadlar uzun illərdir tibbi tədqiqatların əsas mövzularından biridir. Ən çox beyinə, ürəyə və sinir sisteminə zərər verdiyi məlum olsa da, gözlər və görmə orqanı da bu təhlükəli təsirlərdən ciddi şəkildə zərər görür. Xüsusilə kokain, metamfetamin, heroin kimi güclü təsirli maddələr gözlərin sağlamlığı üçün ciddi risk daşıyır.

Yurd.Media xəbər verir ki, bu maddələr orqanizmdə qan dövranını pozur və göz damarlarını daraldır. Nəticədə göz toxumaları oksigen və qida maddələri ilə kifayət qədər təmin olunmur. Bu isə birbaşa görmə qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə tam itirilməsinə səbəb ola bilər.

Bəzi şəxslərdə bu maddələrin istifadəsindən sonra gözlərdə qızartı, şişkinlik, bulanıq görmə, işığa qarşı həssaslıq və halüsinasiyalar baş verir. Gözlərdə qeyri-təbii parıltı, qeyri-real təsvirlər və hətta qısa müddətli korluq halları da müşahidə olunur. Bu hal, təkcə gözə deyil, beynin görməyə cavabdeh olan sahələrinə də zərər dəydiyinin göstəricisidir.

Narkotiklərin yaratdığı halüsinasiyalar və vizual illüziyalar insanın real dünyanı təhrif olunmuş şəkildə qavramasına səbəb olur. Bu da onların davranışlarında qəribəliklər, özünə və başqalarına qarşı təhlükəli hərəkətlərə yol açır. Görmənin dəyişikliyi onların həm sosial həyatına, həm də psixi sağlamlığına birbaşa mənfi təsir göstərir.

2023-cü ildə BMJ Open Ophthalmology jurnalında dərc olunan araşdırmaya əsasən, narkotik istifadəçilərinin 29 faizində görmə ilə bağlı ciddi problemlər qeydə alınıb. Amerika Oftalmoloji Akademiyasının məlumatına görə isə kokain istifadə edən hər beş nəfərdən biri müvəqqəti görmə itkisi və ya göz siniri zədələnməsi ilə qarşılaşır.

Avstraliyada aparılmış bir tədqiqat narkotik istifadəçilərinin 13 faizinin gözlərində “qırmızı parıltı” və “şeytani baxış” simptomları ilə təcili yardıma müraciət etdyini üzə çıxarıb. Dünya Səhiyyə Təşkilatı isə narkotiklərin göz sinirlərinə təsir riskinin 30 yaşdan aşağı şəxslərdə ikiqat yüksək olduğunu bildirir.

Narkotik madələr yalnız düşüncə sisteminə deyil, insanın dünyanı qavrama vasitəsi olan gözlərinə də ciddi zərər verir. Bir çox hallarda bu zərər geridönməz olur. Odur ki, narkotiklərdən uzaq durmaq təkc fiziki deyil, həm də psixi və vizual sağlamlığımızı qorumaq üçün vacibdir.

Məhbubə Mehdiyeva - araşdırmaçı ekspert

Prime Leasing