Bakıda "Medi Hall" hospitalda həyata keçirilən bədənşəkilləndirmə əməliyyatı ölümlə nəticələnib.
Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib, estetik əməliyyat etdirən qadın vəfat edib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.