İnsanları bağırsaq xərçəngindən qoruyan qida - ARAŞDIRMA

İnsanları bağırsaq xərçəngindən qoruyan qida - ARAŞDIRMA

Damarları möhkəmləndirən və bağırsaq xərçəngindən qoruyan ən yaxşı qida açıqlanıb.

Həzm sisteminin normal fəaliyyətində pozuntular qadınların 90%-dən çoxunda, kişilərin isə 97%-də müşahidə olunur. Problemin əsas səbəblərindən biri insanların rasionunda kifayət qədər lifli qidaların olmamasıdır. Bundan əlavə, çoxları gün ərzində az su qəbul edir.

Yurd.Media bildirir ki, bu barədə dietoloq Liza Afinskaya öz “Telegram” kanalında məlumat verib.

Həkimin sözlərinə görə, meyvə, tərəvəz, lobya, mərcimək və tam taxıllardan alınan lif “pis” xolesterinin səviyyəsinin azalmasına kömək edir. Məsələn, əks göstəriş yoxdursa, gündə cəmi iki kivi bağırsaqların fəaliyyətini yaxşılaşdırır və gündəlik C vitamini tələbatını ödəyir. İki kivinin tərkibində 128 mq C vitamini var. Həmçinin bananlar da qiymətli qida lifləri ilə zəngindir.

“Bananlardakı kalium ürək sağlamlığı, təzyiqin tənzimlənməsi və insult riskinin azalması üçün mühüm mineraldır. Bir bananda 450 mq kalium var”, – deyə Afinskaya bildirib.

Onun fikrincə, xərçəngdən qorunmaq üçün də kifayət qədər bitki mənşəli qida qəbul etmək vacibdir.

“Belə qidalar yalnız ürək xəstəlikləri və diabetin deyil, həm də bəzi xərçəng növlərinin – məsələn, bağırsaq və süd vəzisi xərçənginin riskini azalda bilər”, – deyə həkim qeyd edib.

Afinskaya həmçinin vurğulayıb ki, çəki itirilməsi və qarın ağrıları kimi şikayətlər də orqanizmdə hansısa problemlərin, o cümlədən qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasının göstəricisi ola bilər.