SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Hamiləlikdə bu dərmanların riskli olduğu aşkarlandı

Hamiləlikdə bu dərmanların riskli olduğu aşkarlandı

  • 01 oktyabr 2025, 23:46

Bəzi dərmanlar hamilə qadınlara əks göstərişdir, çünki onlar hələ doğulmamış uşağın inkişafında qüsurlara səbəb ola və ya embriona mənfi təsir göstərə bilər.

Yurd.Media xəbər verir ki, tibbi tədqiqat mərkəzlərinin araşdırması ilə müəyyən olunub ki, anadangəlmə anomaliyaların təxminən 5%-i hamiləlik dövründə dərman qəbulu ilə əlaqədardır. Qeyd olunur ki, hamiləliyin ilk trimestrində dərmanlar körpəyə daha çox zərər verə bilər, çünki bu dövrdə dölü qorumalı olan ciftin hələ tam formalaşmayıb.

Statistikaya görə, hamiləliyin 13-32-ci həftələrində cift artıq inkişaf edib və bu müddətdə bəzi dərmanların istifadəsinə icazə verilir, lakin daim dərman təlimatlarına diqqət yetirilməlidir. Hamiləliyin son dövründə - 37-40-cı həftələr arasında - körpə artıq doğulmağa hazır olduğu üçün qadağan edilmiş dərmanların siyahısı daha da azalır.

Hamiləlik zamanı həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etmək olmaz. Məsələn, tetrasiklinlər və aminoqlikozidlər kimi bəzi antibiotiklər uşağın sümük və eşitmə qabiliyyətinin formalaşmasını poza bilər. İbuprofen və diklofenak kimi ağrıkəsicilər isə, xüsusilə hamiləliyin son dövrlərində, yenidoğulmuşlarda ürək və ağciyər problemlərinə səbəb ola bilər.

Həkim-ginekoloqlar qeyd edir ki, əvvəllər hamilə qadınlar üçün dərmanların təhlükəsizliyini qiymətləndirmək üçün FDA kateqoriyalar sistemi istifadə olunurdu:

"A kateqoriyasına qəbul üçün tamamilə təhlükəsiz olan preparatlar daxildir: folium turşusu, dəmir preparatları. B kateqoriyasına "ehtimal ki təhlükəsiz" hesab edilən vasitələr aiddir, bunlara penisilin sırasından bəzi antibiotiklər, parasetamol daxildir. C kateqoriyası riski istisna edilməyən dərmanları birləşdirir. Bura təzyiq, allergiya əleyhinə bəzi preparatlar, antidepressantlar daxildir. D kateqoriyasına sübut edilmiş riskli preparatlar daxildir, bunların arasında bəzi epilepsiya əleyhinə vasitələr, litium, X kateqoriyası isə mütləq əks göstəriş olan dərmanlardır - izotretinoin, talidomid, yüksək dozada A vitamini".

Prime Leasing