SÜJET
Hamiləlikdə Anemiya ürək qüsurları riskini artırır.
Yeni elmi tədqiqata əsasən, hamiləlik zamanı anemiyanın müalicəsi yeni doğulmuşlarda ürək qüsurları riskini azalda bilər.
Yurd.Media "HealthDay"yə istinadən qeyd edir ki, erkən hamiləlik dövründə anemiyası olan qadınların ürək qüsurlu uşaq dünyaya gətirmə riski 47% artıb.
Oksford Universitetinin tədqiqatçısı Dunkan Sparov anadangəlmə ürək xəstəliyi riskinin müxtəlif amillər vasitəsilə artmasını, lakin bu nəticələrin xüsusi olaraq anemiya haqqında anlayışımızı inkişaf etdirərək onu laboratoriya tədqiqatlarından klinikaya apardığını qeyd edib: “Erkən ana anemiyasının bu qədər zərərli olduğunu bilmək bütün dünyada oyun dəyişdirici ola bilər”
Tədqiqat məqsədilə ürək qüsuru ilə doğulan 2800-ə yaxın körpə anaları ilə övladları sağlam dünyaya gələn 14.000-ə yaxın qadın arasında müəyyən tibbi müqayisələr aparılıb.
Nəticələr körpələri ürək qüsuru ilə dünyaya gələn anaların təxminən 4,4%-nin hamiləlik zamanı qan azlığından əziyyət çəkdiyini, digər qrupdakı qadınlarda isə bu göstəricinin 2,8% olduğunu üzə çıxarıb.
Tədqiqatçıların fikrincə, hamiləlik zamanı anemiya hallarının təxminən üçdə ikisi dəmir çatışmazlığından qaynaqlanır.
“Dəmir çatışmazlığı anemiyanın bir çox hallarının kök səbəbi hesab olunur. Qadınlar üçün geniş yayılmış dəmir əlavələri bir çox yeni doğulmuş körpələrdə anadangəlmə ürək xəstəliklərinin inkişafının qarşısını almağa kömək edə bilər”,- Sparrov qeyd edib.