SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Enerjini bərpa etmək üçün gündüz neçə dəqiqə yatmaq lazımdır?

Enerjini bərpa etmək üçün gündüz neçə dəqiqə yatmaq lazımdır?

  • 20 iyul 2026, 23:31

"Gecə kifayət qədər yuxu alan, lakin gündüz mürgüləməyi sevən bir insana 15-20 dəqiqə bəs edər".

Yurd.Media xəbər verir ki, bunu somnoloq Sofiya Çerkasova RT-yə verdiyi müsahibədə orqanizmin enerji ehtiyatını yeniləməyə yardım edəcək gündüz mürgüsünün optimal vaxt çərçivəsi barəsində söhbət edərkən bildirib.

Çerkasovanın fikrincə, əgər gecə yuxusu, tutaq ki, 8 saatlıq normaya nisbətən yalnız 5 saat çəkibsə, gündüz yuxusunun müddətini bir saata qədər uzatmaq olar.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, axşam yuxuya getməkdə problem yaşamamaq üçün səhər vaxtında oyanmaq və gündüz yuxusunu saat 14-15-dən gec olmayaraq almaq vacibdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları