SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Dietoloqlar qızardılmış bu tərəvəzlərdə təhlükə aşkarladı

Dietoloqlar qızardılmış bu tərəvəzlərdə təhlükə aşkarladı

  • 18 avqust 2026, 23:34

Dietoloqlar və elm adamları kartof və badımcanın xüsusən qızardılmış formada qəbulunun insan sağlamlığına mənfi təsir göstərə biləcəyini açıqlayıblar.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu iki tərəvəz yüksək temperatur şəraitində qızardıldıqda onların tərkibindəki nişasta və müəyyən digər komponentlər zərərli kimyəvi birləşmələrə transformasiya oluna bilər. Bu kimyəvi prosesin nəticəsində akrilamid kimi kanserogen xüsusiyyətli maddələrin əmələ gəlməsi ehtimalı yaranır.

Bundan əlavə, qızartma prosesində istifadə edilən yağın keyfiyyətsizliyi və onun təkrarən istifadəsi təhlükəni daha da artıran amillərdəndir.

Qeyd edilir ki, bu cür zərərli maddələrin uzunmüddətli dövr ərzində orqanizmə daxil olması hüceyrələrin zədələnməsinə, iltihabi proseslərin intensivləşməsinə və hətta onkoloji xəstəliklərin yaranma riskinin yüksəlməsinə gətirib çıxara bilər.

Mütəxəssislər həmin tərəvəzlərin daha sağlam bişirmə metodları ilə — buxarda bişirmə, sobada hazırlama və ya qaynatma üsulu ilə istehlak edilməsini məsləhət görürlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları