Dezinfeksiya işləri aparılmayan, işçilərin gigiyenik təlimlər keçməyən şadlıq sarayı aşkarlandı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Ağcabədi rayonunda “7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edilib.
Şadlıq evi Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus olub.
"Yoxlama zamanı şadlıq evində etiket məlumatları olmayan qida məhsullarının istehlaka təqdim edildiyi, təmizləmə və dezinfeksiya işlərinin aparılmadığı, istifadə edilən suyun filtrdən keçmədiyi, çalışan işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib.
Nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xəta haqqında Protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.