SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Tər qoxusunu yox edən təbii resept

Tər qoxusunu yox edən təbii resept

  • 17 may 2025, 08:13

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlarda döş xərçənginə səbəb ola bilir.

Sizə təqdim edəcəyimiz resept isə tamamilə təbii məhsullardan ibarətdir.

Lazım olanlar:

8 x.q kokos yağı

yarım fincam qarğıdalı nişastası

yarım fincan soda

4-5 damcı hər hansı təbii ətirli yağ

Hazırlanması:

Soda və qarğıdalı nişastasını qarışdırın. Kokos yağı əlavə edin. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər. Qarışımı 2 həftə ərzində istifadə etmək lazımdır.