Azərbaycanda bayram günlərində zəhərlənmələrin əsas mənbəyi dərman və sirkə turşusu olub.
Kliniki Tibbi Mərkəzdən (KTM) Yurd.Media-ya bildirilib ki, dekabrın 31-dən yanvarın 5-dək Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bildirilib ki, müraciət edənlərdən dördü dərman, biri siçan dərmanı (rodensit), biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Ölüm faktı qeydə alınmayıb.