SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Balıqlar soyuducuda saxlanılmır, sənədsiz hind quşu əti satılır - BAZAR BAĞLANDI

Balıqlar soyuducuda saxlanılmır, sənədsiz hind quşu əti satılır - BAZAR BAĞLANDI

  • 16 fevral 2026, 22:34
Bakı

Bakıda bazarda balıqların soyuducuda saxlanılmadığı, baytarlıq ekspertiza sənədləri olmayan hind quşu əti satıldığı aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisi, M.Şərifli küçəsində fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bildirilib ki, yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bazar daxilində müvafiq təmizlik işləri aparılmır, antisanitar vəziyyət mövcuddur, satışa çıxarılan balıqların bir qismi soyuducuda saxlanılmır.

Bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı obyektinin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Obyektdə dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan ümumi çəkisi 30 kq hind quşu və hissələri aşkarlanıb.

Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub, unlu qənnadı məmulatların emalı sahəsində nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, baytarlıq ekspertiza sənədləri olmayan məhsullar dövriyyədən çıxarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları