SÜJET
Azərbaycanın tanınmış həyat və karyera kouçu Nilufər Abdulla "Etalon Hospital"da keçirdiyi liposaksiya əməliyyatından sonra baş verən ağırlaşmalar səbəbindən 34 yaşında ölüb.
Yurd.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yaxınları məlumat yayıb.
Bildirilir ki, dünən gecə saatlarında Nilufər Abdullanın vəziyyəti qəflətən pisləşib və tibbi müdaxilələr nəticə verməyib.
Almaniyanın Beynəlxalq Kouçing və Terapiya İnstitutunun rektoru, klinik neyropsixoloq, FNF Mind Body Soul sisteminin müəllifi olan doktor Nilufər Abdulla son illərdə Azərbaycanda şəxsi inkişaf və motivasiya sahəsində tanınmış simalardan birinə çevrilmişdi. Onun təlimləri və sosial media platformalarındakı paylaşımları minlərlə izləyici tərəfindən maraqla qarşılanırdı. O üç azyaşlı uşağın anası idi.
Qeyd edək ki, bu hadisə Etalon Hospitalda baş vermiş ilk fakt deyil. Bir neçə gün əvvəl Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümetin bu hospitalda olunan əməliyyatdan sonra səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır.
Məlumat üçün bildirək ki, Etalon Hospital və Avrasiya Klinikası eyni şəxsin rəhbərliyində fəaliyyət göstərir.