SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanda ürək-damar cərrahiyəsi 20 mərkəzdə icra olunur

Azərbaycanda ürək-damar cərrahiyəsi 20 mərkəzdə icra olunur

  • 17 may 2025, 16:34

Sadəcə Bakıda deyil, Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. 20-ə yaxın mərkəzdə ürək-damar cərrahiyəsi, 40 mərkəzdə isə invazit kardiologiya icra olunur.

Yurd.Media xəbər verir ki, bunu Ürək-damar cərrahiyyəsi cəmiyyətinin təsisçisi, fəxri sədri Kamran Musayev Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

"Ulu öndərin Azərbaycanın dövlət kimi qurulmasında və Azərbaycanda səhiyyə sisteminin yaradılmasında, inkişafındakı rolu çox böyükdür. 2000-ci ildə Azərbaycanda artıq müasir səhiyyə ocağı var idi. Səhiyyə ocaqlarının prioritet sahəsi isə ürək-damar xəstəlikləri və onların diaqnostikası, müalicəsi idi. O illərdə ölkəmizdə istər diaqnostik, istər intervension, istərsə də açıq cərrahiyyə mənasında təkcə Mərkəzi Klinika fəaliyyət göstərirdi",- o bildirib.

Prime Leasing