SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda gələn il onkoloji sahəyə 66 milyon manata yaxın pul ayrılacaq

Azərbaycanda gələn il onkoloji sahəyə 66 milyon manata yaxın pul ayrılacaq

  • 14 noyabr 2025, 12:27

2026-cı ildə Azərbaycanda onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən 65,6 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 

Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. 

Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6% çoxdur. 

Ayrılacaq vəsaitin 64,1 milyon manatı Milli Onkologiya Mərkəzi, 1,5 milyon manatı isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçündür. 

Skat.az - Ev və Avtomobil elanları