Az yatmaq qısa müddət ərzində insan orqanizminə geri dönüşü olmayan təsirlər göstərə bilər. Bu vəziyyət insanın sağlamlığını birbaşa risk altına qoyar.
Yurd.Media xəbər verir ki, yuxusuzluq və kifayət qədər yatmamaq orqanizmin ümumi sağlamlığına zərərli təsir göstərir. Vaxt ötdükcə daha ağır problemlərlə qarşılaşacaqsınız. Həyat standartınız enəcəkdir. Davamlı yorğunluq hissi sizi taqətsiz edəcək və müəyyən bir müddətdən sonra bu vəziyyəti düzəltmək qeyri-mümkün olacaqdır.
Az yatmağın sağlamlığımıza vurduğu zərərləri nəzərdən keçirək:
1. Kifayət qədər yatmamaq zaman keçdikcə ürək-damar xəstəliklərinə səbəb olar və həyat keyfiyyətini aşağı endirir.
2. Az yatmaq beyin funksiyalarında pozuntulara gətirib çıxarar və yaddaşı zəiflədər.
3. Yuxusuzluq insanı səbirsiz, üzgün, həssas, tez küsən və əsəbi edər. Hətta özünüz üzərində nəzarəti itirmək təhlükəsi yaranar.
4. Yuxusuzluq yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırar və qəza risklərini yüksəldər.
5. Yuxusuzluq diqqət mərkəzləşdirmə qabiliyyətini azaldar.
6. Yuxusuzluq immunitet sistemini zəiflədər və xəstəliklərə tutulma ehtimalı xeyli artar.
7. Yuxusuzluq hətta intihar düşüncələrinə gətirib çıxara bilər.
8. Əgər uzun müddət keyfiyyətli yuxu ala bilməmisinizsə, gün boyu tez-tez mürgüləyəcəksiniz. Gündəlik fəaliyyətləriniz aksayar və məsuliyyətli işlərdə çətinliklərlə rastlaşarsınız.
9. Əgər qan təzyiqiniz yüksəkdirsə, yuxusuzluq onu daha da artıracaqdır.
10. Yuxusuzluq yeməkdən sonra orqanizmdə ifraz olunan insulinə mənfi təsir göstərər. Bu səbəbdən şəkərli diabet xəstəliyinə tutulma riski yaranar.