İspaniyalı tibb mütəxəssisi Xose Manuel Felises axşam vaxtı qarpız və yemiş istehlakının yuxu pozğunluqlarına yol aça biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Yurd.Media xəbər verir ki, bu meyvələrin günün gec saatlarında qəbul edilməsi orqanizmin təbii ritmini pozma ehtimalı daşıyır.
Mütəxəssisin açıqlamasına əsasən, həmin meyvələr tərkibində yüksək miqdarda su ehtiva etdiyi üçün gecə saatlarında tez-tez tualetə getmə ehtiyacı yaradır ki, bu da dərin yuxunun pozulmasına gətirib çıxarır. Həkim vurğulayıb ki, xüsusilə yuxusuzluq problemi olan və ya yuxusu asanlıqla pozulan insanlar axşam saatlarında bu növ meyvələrin istehlakından çəkinməlidirlər.
Qeyd olunmalıdır ki, qarpız və qovun kimi meyvələr gündüz ərzində, xüsusilə isti hava şəraitində həm sərinlik verən, həm də orqanizm üçün dəyərli qida mənbəyi hesab olunur.