SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Artıq çəki irsi deyil: piylənmə haqqında əsas miflərin ifşası

Artıq çəki irsi deyil: piylənmə haqqında əsas miflərin ifşası

Planetimizdə hər səkkiz nəfərdən biri hazırda piylənmədən əziyyət çəkir, son 30 ildə artıq çəkisi olan uşaq və yeniyetmələrin sayı dörd dəfə, böyüklərin sayı isə iki dəfə artıb.

Yurd.Media Rusiya mətbuarına istinadən xəbər verir ki, piylənmə sadəcə kosmetik qüsur deyil, bu ciddi xəstəlikdir. Piy toxumasının həddindən artıq miqdarı zəif dərəcəli iltihablanmaya səbəb olan maddələr - sitokinlər və adipokinlər istehsal edir. Bunun səbəbindən damar divarının sərtliyi artır, insulin rezistentliyi və ateroskleroz inkişaf edə bilər, allergik və autoimmun xəstəliklərin gedişatı ağırlaşır, bəzi onkoloji xəstəliklərin riskini artırır.

Akademik Drapkina artıq çəki ilə bağlı əsas mifləri ifşa edir:

Mif 1. "Ailəmdə hamı kökdür, ona görə də mən beləyəm".

“Genetik meyllilik piylənmənin inkişafında rol oynaya bilər, lakin onun yeganə səbəbi deyil. Bəli, tədqiqatlar piylənmənin inkişafında iştirak edən çoxsaylı genlər aşkar edib. Lakin onlar piylənmə hallarının cəmi 5-10%-ni təhrik edə bilər. Ətraf mühit amilləri - həyat tərzi, qidalanma, qida davranışı, qeyri-kafi fiziki aktivlik daha böyük rol oynayır".

Mif 2. "Piylənmə fiziki aktivliyin çatışmazlığı və qeyri-sağlam qidalanmanın nəticəsidir".

Görünür, birinci bənd bu qəbul edilmiş fikri təsdiqləyir. Amma yox. Əlbəttə, bu iki komponent piylənmənin inkişafında mühüm rol oynayır, lakin onun riskini artıran əlavə şərtlər var. Bunlara yuxu çatışmazlığı, psixoloji stress, endokrin dizraptorlar (endokrin sistemin işini pozan maddələr - pestisidlər, sənaye kimyəvi maddələri, bəzi dərmanlar və s.), erkən uşaqlıqdan (o cümlədən bətndaxili inkişafdan) müxtəlif amillər daxildir. Onlar qida davranışına, piy yığılmasının xarakterinə, motivasiyaya, enerji sərfinə təsir edir".

Mif 3. "Arıqlamaq üçün az yemək lazımdır".

Böyük balerina Maya Plisetskayanın məşhur "Yeməmək, insanlar hələ daha yaxşı pəhriz fikirləşməyiblər" sözü qanadlı ifadəyə çevrilib.
Düzdür, balerianın özü siyənək və çörək-yağı çox sevirdi. Ona görə də əlavə edirdi ki, hər şey yemək lazımdır, amma az-az.

 Ciddi pəhrizlər həqiqətən də qısa müddətə bədən çəkisini azalda bilər, lakin çox vaxt bir müddət sonra atılan kilolar geri qayıdır. Bu hadisə "yo-yo effekti" adlanır (ətalət hesabına ora-bura hərəkət). Yo-yo effekti enerji qəbulunun məhdudlaşdırılması zamanı metabolizmin yavaşlaması və sonradan adi rasiona qayıtması ilə şərtlənir, xüsusilə də insan əvvəlki aclıq üçün özünü yemək ilə "mükafatlandırmağa" çalışdıqda. Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, adipositlər (piy hüceyrələri) piylənmə zamanı vəziyyəti "yadda saxlayır" və adi rasion bərpa edildikdə əvvəlki vəziyyətə qayıtmağa çalışır.

Arıq insanlarda da artıq çəki xəstəlikləri ola bilər Çox vaxt insanlar düşünürlər ki, mən kök görünmürəm və ya bədən kütləsi indeksim normaldır, deməli sağlamam. Əslində, hətta arıq insanlarda da çox piy toxuması ola bilər, bu da piylənmə ilə bağlı bütün xəstəliklərin riskinin artması deməkdir.

Belə insanlar uzun müddət tibbi yardım üçün müraciət etməyə bilərlər, düşünürlər ki, onlarda hər şey normaldır. Eyni zamanda, insanın abdominal pozuntunu göstərəcək böyük bel ölçüsü və orqanizmdə yağın yüksək faiz tərkibi ola bilər - bioimpedansmetriya bunu göstərə bilər. Buna görə də müntəzəm müayinələri, o cümlədən qan analizlərini unutmamaq lazımdır.

Prime Leasing