SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ana doğuş zamanı həyatını itirdi, övladı sağ qaldı - YENİLƏNİB

Ana doğuş zamanı həyatını itirdi, övladı sağ qaldı - YENİLƏNİB

  • 08 iyul 2025, 21:05
Sabirabad

1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

Yurd.Media xəbər verir ki, hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

*** 19:16

Sabirabadda ana doğuş zamanı ölüb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı ölüb.

Yeni doğulan uşaq isə sağ qalıb.

Prime Leasing