SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Aclığın xərçənglə mübarizədə effektivliyi AŞKARLANDI

Aclığın xərçənglə mübarizədə effektivliyi AŞKARLANDI

  • 13 iyun 2026, 23:44

ABŞ-nin Memorial Sloan Kettering Xərçəng Mərkəzində (MSK) həyata keçirilən elmi araşdırmanın nəticələri ac qalmağın təbii killer-hüceyrələrin (NK) xərçəng hüceyrələrinə qarşı mübarizə potensialını nəzərəçarpacaq dərəcədə gücləndirə biləcəyini ortaya qoyub.

Yurd.Media xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, periodik aclıq NK hüceyrələrini aqressiv şiş mühitində daha səmərəli fəaliyyət göstərmək və xərçəngə qarşı müqavimət aparmaq üçün yenidən proqramlaşdırır.

"Immunity" jurnalında nəşr olunan bu araşdırmada aclığın NK hüceyrələrinin şiş daxilində yaşamaları və funksional aktivliklərini saxlamaları üçün həyati əhəmiyyət daşıyan lipidləri alternativ enerji qaynağı kimi mənimsəmələrinə yol açdığı qeyd olunub.

Tədqiqatçılar müşahidə ediblər ki, ac qalmaq NK hüceyrələrinin sümük iliyinə və dalağa miqrasiyasına gətirib çıxarır, burada isə onlar xərçəng əleyhinə xüsusiyyətlərinin gücləndirilməsi məqsədilə əlavə proqramlaşdırılmaya məruz qalırlar. Bu kəşf immunoterapiyanın təsir gücünü potensial olaraq artırma imkanı yarada bilər.

Nəticələr perspektivli görünsə də, aclığın xərçəng xəstələri üzərindəki təsirini dəqiqləşdirmək üçün əlavə tədqiqatların aparılması zəruridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları