SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
A qripi təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq

"A qrip"i təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq

Yay aylarında ölkədə "A qripi" virusuna yoluxma halları artır. 

Yurd.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov "Xezer Xəbər"-ə məlumat verib.

Onun sözlərinə görə, viruslar müxtəlif növlərdə olsa da, "A qripi" virusu xüsusilə yay mövsümündə daha çox dəyişkənliyə məruz qalır və geniş yayılma potensialına malik olur. Mövsümlə əlaqədar olaraq yoluxma hallarına tək-tək deyil, qrup halında da rast gəlinə bilər.

Ekspert vurğulayıb ki, bəzi əhali qrupları bu virusun yaratdığı ağırlaşmalara qarşı daha həssasdır. Belə ki, 5 yaşa qədər olan uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri və immun çatışmazlığı olan şəxslər, eləcə də 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir.

Təyyar Eyvazovun sözlərinə görə, xəstəliyin əlamətləri adi qripə bənzəyir – hərarət, baş ağrısı, halsızlıq, boğazda ağrı və digər ümumi simptomlarla müşayiət olunur. Bu əlamətlər müşahidə edildiyi halda, xüsusilə risk qrupunda olan şəxslər gözləmədən həkimə müraciət etməlidir.

O qeyd edib ki, immun sistemi normal olan şəxslərdə belə, əgər 3-4 gün ərzində vəziyyətdə yaxşılaşma müşahidə olunmazsa, hərarət enməzsə və ya simptomlar pisləşərsə, mütləq tibbi yardıma müraciət olunmalıdır.

“Xəstəliyin gedişi bəzi hallarda ağırlaşmalarla nəticələnə bilər. Bu səbəbdən də vaxtında tibbi yardım almaq və xüsusilə risk qrupuna daxil olanların daha diqqətli davranması vacibdir,” – deyə nazirliyin eksperti bildirib.

Prime Leasing