100 yaşlı qadınlardan uzunömürlülük sirri: Nə pəhriz, nə idman...

100 yaşlı qadınlardan uzunömürlülük sirri: Nə pəhriz, nə idman...

100 yaşını geridə qoymuş iki qadın uzun yaşamanın sirrini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bloger Yair Brahiyahu uzunömürlülük sirrini açıqlamaq üçün 90, 100 və 101 yaşlı 3 qadından reportaj hazırlayıb.

Onların hər üçün uzun ömürün səbəbi fiziki deyil, əsasən ruh balansına bağlıdır. Qadınlar deyir ki, nə yedikləri və nə qədər idman etdiklərindən çox, nə qədər güldükləri, kimlərlə vaxt keçirdikləri və həyatı sevmələri daha önəmlidir.

Onların tövsiyələrinə əsasən, uzun ömrün 3 əsas sirri var:

- Həyatı sevinclə yaşamaq

- Kitab oxuyaraq zehni aktiv saxlamaq

- Dəstəkləyici sosial çevrəyə sahib olmaq

Elmi araşdırmalar da bu yanaşmanı qismən dəstəkləyir. Xoşbəxt insanların daha uzun yaşadığı, optimizmin isə 85 yaşa çatma ehtimalını artırdığı qeyd olunur.

Mütəxəssislər ruh sağlamlığı, sosial əlaqələr və pozitivliyin fiziki sağlamlıq qədər vacib olduğunu bildirirlər.